İyul 03, 2024 16:17 Asia/Baku
  • İran xalqının hünəri, düşmənin səsini kəsməkdir

İran xalqının/ İslam İnqilabının müxtəlif döyüş meydanlarındakı daimi hünəri, düşmənin səsini kəsmək və arzularını darmadağın etməkdir. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general pasdar Salami Məşhəd şəhərində- Rəzəvi hərəminin Böyük Peyğəmbər(s.ə.s.) səhnində keçirilən şəhid prezident Ayətullah Rəisinin şəhadətinin qırxı mərasimində belə deyib: Böyük bir hadisə ərəfəsindəyik. Düşmənlərimiz o ilahi dəfn mərasimlərini görərkən susdular;/ başa düşdülər ki, İran xalqı əcnəbilərin təlqinlərinə aldanmayacaq.

Sepah-ın baş komandanı əlavə edib: Bu xalq iştirakı göstərdi ki, İran xalqı düşmənin bütün psixoloji əməliyyatlarına layiqli cavab verəcək və öz milli heysiyyətini qoruyacaqdır.

Biz qeyrətli bir xalq olaraq bir ürək və arzuya malikik və izzət istəyirik- deyən general pasdar Salami İran xalqına xitabən vurğulayıb: Əgər izzət istəyirsinizsə, düşməni cümə günü xanənişin edin və səsini kəsin!

Sepah-ın baş komandanı İran xalqının hünərini, düşmənin arzularını darmadağın etməkdə görüb. Vurğulayıb ki: Bu xalq həmişə düşməni məğlub edib və bu dəfə də siz xalq,/ Allahın izni ilə bir daha düşməni məğlub edəcəksiniz!

 

Teqlər