Məsud Pezeşkian: “Mənim nə partiyam nə də arxam var idi”
https://azeri.sahartv.ir/news/İran-i412643-məsud_pezeşkian_mənim_nə_partiyam_nə_də_arxam_var_idi
İran İslam Respublikasında prezident seçkilərinin ikinci turunda qalib gələn İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian sadəcə xalqın gücü və iradəsi nəticəsində seçkiləri qazandığını bildirib.
(last modified 2024-07-06T04:53:31+00:00 )
İyul 06, 2024 08:52 Asia/Baku
  • Məsud Pezeşkian: “Mənim nə partiyam nə də arxam var idi”

İran İslam Respublikasında prezident seçkilərinin ikinci turunda qalib gələn İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian sadəcə xalqın gücü və iradəsi nəticəsində seçkiləri qazandığını bildirib.

Məsud Pezeşkian seçkilərdə qalib gəldikdən sonra İRİB müxbirinə verdiyi müsahibədə belə deyib: “Mənim nə partiyam nə də arxam var idi. Xalqın sevə sevə iştirakı qələbəmə səbəb oldu”.

Pezeşkian siyasi rəqiblərini “qardaş” adlandırıb və hər kəsə dostluq əli uzadacağına söz verib.

 “Hər kəsə dostluq əli uzadacam, hamını ölkənin inkişafına cəlb edəcəyəm. Rəqiblər mənim qardaşlarımdır” - o, vurğulayıb.

Xatırladaq ki, dünən İranda keçirilən prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian rəqibi Səid Cəlili üzərində qələbə çalaraq İranın 10-cu prezidenti seçilib.