Sağlam rəqabətdən sonra iki namizədin səmimi görüşü oldu
İyul 07, 2024 15:01 Asia/Baku
Cəlili idarəçiliklə bağlı öz fikirlərini Pezeşkiyana çatdırıb
İranda 14-cü prezident seçkilərinin namizədi Səid Cəlili ötən axşam Məsud Pezeşkiyanla görüşüb və onu prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
İRNA-nın məlumatına görə, Cəlili bu səmimi görüşdə ölkənin ən mühüm məsələləri və onların həlli yolları haqqında fikirlərini açıqlayıb.
Seçilmiş prezident isə bu görüşdə bildirib ki, işlərdə uğur qazanmağın yeganə şərti plana sahib olmaq deyil, işinə və fəaliyyətinə inanan mütəxəssis, bilikli insanların işə cəlb edilməsi planların həyata keçirilməsinin təminatçısıdır.
Pezeşkiyan həmçinin Cəlilinin rəy və təkliflərini almağa hazır olduğunu bildirib.