İyul 07, 2024 17:10 Asia/Baku
  • Məhəmməd Müxbir prezident Məsud Pezeşkiana hesabat verdi

İran prezident səlahiyyətlərinin icraçısı Məhəmməd Müxbir yeni prezident Məsud Pezeşkianın qəbuluna gedərək son görülmüş işlərlə bağlı və ölkənin cari məsələləri haqda məruzə təqdim edib.

Məhəmməd Müxbir bu görüşdə ölkədə siyasi, iqtisadi, mədəni və sosial sahələrdə cari işlərin son vəziyyəti haqqında prezident Pezeşkianı məlumatlandırıb.Cənab Məsud Pezeşkianın bu görüşdə şəhid Rəisinin xatirəsini ehtiramla yad edərək mərhum prezidentin şəhadətindən sonra dövlət kabinetinin işlərin icrasını davam etdirdiyi və xüsusilə seçkilərdə görülən işləri yüksək qiymətləndirərək öz təşəkkürünü bildirib.

Teqlər