Həniyyə Pezeşkiyana təbrik məktubu göndərdi:
“Fələstin xalqı sizin bacarıqlarınıza güvənir”
İyul 09, 2024 11:26 Asia/Baku
Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyana məktubunda onu prezident seçkilərinin uğurla keçirilməsi və yeni prezident seçilməsi münasibətilə təbrik edib.
İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, İsmayıl Həniyyə bu məktubda bildirib: “HƏ*M@S hərəkatı və bütün Fələstin xalqı adından İranda seçkilərin uğurla keçirilməsi və xalqın Zati-alinizə etimadı və prezident seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirik, İran xalqına xidmət etmək yolunda sizə uğurlar arzulayırıq”.
Həniyyə əlavə edib: “Bu təbrik məktubunu Fələstin xalqı və onun müqaviməti özünün ən qürurverici tarixi döyüşlərindən birini apardığı bir vaxta göndəririk”.