Kənani: İsrailin Məvasi bölgəsinə hücumu Qəzzədəki soyqırımın davamıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Xan Yunisin "Məvasi" bölgəsində fələstinli qaçqınların yerləşdiyi məkanı hədəfə almasını vəhşi hərəkət və ABŞ və özünü insan haqları müdafiəçisi adlandıran digər iddiaçıların dəstəyi ilə Qəzzədə törədilən soyqırımın davamı adlandırıb.
Nasir Kənani vurğulayıb ki, yüzlərlə günahsız fələstinli uşaq və qadının şəhid olması və yaralanması ilə nəticələnən Məvasi bölgəsinin qətiamı bu rejimin beynəlxalq ictimaiyyətin ölümcül susqunluğu sayəsində Fələstin xalqına qarşı soyqırımını davam etdirməkdə qəti qərarlı olduğunu açıq şəkildə göstərir.
Kənani əlavə edib: İsrailin hava hücumları aparteid terrorçu İsrail ordusu qarşısında Fələstin xalqının cəsur və qəhrəmancasına müqavimətini qırmaq məqsədi daşıyır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq ictimaiyyəti, xüsusilə müsəlman ölkələri və təşkilatlarını, eləcə də insan haqları qurumlarını qanuni və insani vəzifələrini yerinə yetirərək, İsrailin Məvasidəki cinayətinə qəti və təsirli cavab verməyə və İsrail rejiminin Qəzzə zolağında müdafiəsiz Fələstin xalqına qarşı cinayət əməllərini “tam və daimi olaraq” dayandırmaq üçün əllərindən gələni etməyə çağırıb.
Onun sözlərinə görə, İsrail rejiminin son günlər "məqsədli qətl və etnik təmizləmə" həyata keçirmək məqsədi ilə məktəbləri, xəstəxanaları və qaçqın düşərgələrini qəsdən hədəfə alması bu cinayətləri rejimin Fələstin xalqı və müqavimət qrupları qarşısında çarəsizliyini nümayiş etdirməklə yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin irqçi cinayətkar israillilərin hüquqi təqibi, həbsi və məhkəmə qarşısına çıxarılması kimi mühüm vəzifələrini bir daha xatırladır.
Kənani dünyanın bütün müsəlman ölkələri, xalqları və azadə hökumətlərini İsrailə qarşı hərtərəfli sanksiyalar tətbiq etməyə və onun cinayətkar başçılarını tez bir zamanda məhkəmə qarşısına çıxarmağa çağırıb.
Qeyd edək ki, cinayətkar sionist rejim şənbə günü Xan Yunis şəhərindəki Məvasi bölgəsində fələstinli qaçqınların düşərgələrini bombalayaraq, dəhşətli qətliam törədib, ilkin məlumata görə, 79-a yaxın fələstinli şəhid olub, 289-dan çox yaralı var.