İran XİN sionist rejim parlamentinin iclasına münasibət bildirdi
Kənani: İsrail beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Fələstin dövlətinin yaradılmasına qarşı çıxan yeni knesset qərarına münasibət bildirib.
Nasir Kənani vurğulayıb: “İsrailin aparteid rejimi özünün təkcə Fələstin xalqı üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu dünyaya göstərdi”.
N.Kənani X sosial şəbəkəsindəki mesajında yazıb: “Qondarma İsrail rejiminin parlamenti - Knessetin bu rejimin terrorçu ordusu tərəfindən 9 aydır davam edən davamlı hərbi cinayətləri və fələstinlilərin soyqırımından sonra Fələstin dövlətinin yaradılmasına qarşı çıxardığı yeni qərarı işğalçı sionist rejimin irqçi mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Onun sözlərinə görə, İsrailin aparteid rejimi təkcə Fələstin xalqı üçün təhdid deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.
Kənani əlavə edib: “Hökumətlərin və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Fələstin xalqının qəti hüquqlarının təmin edilməsində və işğalçı sionist rejimə qarşı beynəlxalq qanun və qaydaların tətbiqində fəaliyyətsizliyi səbəbindən fələstinlilərin tam hüquqlarını həyata keçirənə qədər işğalçılara qarşı müqavimət və mübarizə işğala məruz qalan xalqın haqqıdır”.