İyul 29, 2024 19:58 Asia/Baku
  • Məsud Pezeşkian Makrona xəbərdarlıq etdi

İranın yeni prezidenti Məsud Pezeşkian Fransalı Həmkarı Emmanuel Makronla telefon danışığında “biz İran İslam Respublikası ilə Fransa arasında dürüstlük və qarşılıqlı etimada əsaslanan münasibətləri yaxşılaşdırmağa hazırıq” –deyə təkid edib.

İyulun 29-u bazar ertəsi prezident Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Livanın cənub sərhədlərində sionist rejimlə gərginliyin artması ilə bağlı böyük narahatlığını ifadə edərək Livana edilə biləcək hər hansı təcavüzkar hücumun nəticələri barədə xəbərdarlıq edib.

 “Sionist rejim Livana hücum edərsə, onlar üçün ağır nəticələrə səbəb olacaq böyük bir səhvə yol verəcəkdir”-Prezident Pezeşkian əlavə edib

Fransa prezidenti Emmanuel Makron da bu telefon danışığında İranın Fransa və digər Avropa ölkələri ilə əlaqələri yeni dövrdə ötənkindən daha çox yaxşılaşacağına ümid etdiyini bildirib.

 

 

 

Teqlər