İyul 30, 2024 18:10 Asia/Baku
  • İran Avstraliya, Yeni Zelandiya və Kanada baş nazirlərinin bəyanatını pisləyib

İran Avstraliya, Yeni Zelandiya və Kanadanın baş nazirlərinin bəyanatını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bu üç ölkənin beynəlxalq normaların xüsusi şəkildə seçilməsi üzrə ikili yanaşması/ təcavüzkarın təşviq olmasına və sionist rejimin Qəzzədə törətdiyi müharibə cinayətlərinin şiddətlənməsinə bais olubdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avstraliya, Yeni Zelandiya və Kanadanın birgə şəkildə yaydıqları bəyanatda İsrail rejiminin İranın diplomatik iqamətgahına qarşı sabiq hava hücumu,/ eyni zamanda, İran İslam Respublikasının BMT Nizamnaməsinin əlli birinci maddəsinə uyğun şəkildə təcavüzkara qarşı qanuni müdafiə üzrə qanuni haqqını tətbiq etməsini pisləmək üzrə ikili yanaşmalarını pisləyibdir.

Kənani söyləyib: Bəzi ölkələrin, o sıradan bu üç ölkənin beynəlxalq normaların xüsusi şəkildə seçilməsi üzrə ikili yanaşması və bu ölkələrin açınacaqlı şəkildə aparteid sionist rejimin tərəfini saxlaması nəinki regionda gərginliyin azalmasına kömək etmir, əksinə, təcavüzkarın təşviq olunmasına və sionist rejimin Qəzzədə törətdiyi hərbi cinayətlərin və vəhşicəsinə hərəkətlərin şiddətlənməsinə bais olubdur.

Kənani əlavə edib: Avstraliya, Yeni Zelandiya və Kanadanın baş nazirlərinin əsassız ittiham irəli sürmələrinin fonunda qeyd edək ki, bu ölkələr sionist rejimin silahlanmasını təmin etməklə bu işğalçı rejimin məzlum Fələstin xalqına qarşı müharibə cinayətlərinə ortaqdırlar.

Həmçinin onlar sionist rejimin Fələstindəki işğalçılığını himayə etmək/ və Fələstin xalqının öz taleyini təyin etmək üzrə tarixi və qanuni haqqına göz yummaqla,/ regionda sabitlik və təhlükəsizliyin zəifləməsinə bais olublar.

Bundan başqa, onlar regionda İraqa və Əfqanıstana qarşı qanlı təcavüzkarcasına müharibələrdə birbaşa və ya dolayısı ilə iştirak kimi qara keçmişlərə də malikdirlər.

İranın diplomatiya aparatının sözçüsü əlavə edib: İran İslam Respublikası beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin prinsip və hədəflərinə olan sədaqətinə yenidən təkid etməklə/ gücdən hər hansı qanunsuz istifadə qarşısında öz qanuni maraqları və milli təhlükəsizliyinin qorunması istiqamətində qüdrətlə hərəkət edəcək.