HƏMAS-ın lideri Tehranda sui-qəsdə məruz qalıb
https://azeri.sahartv.ir/news/İran-i413234-hƏmas_ın_lideri_tehranda_sui_qəsdə_məruz_qalıb
İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin öz açıqlamasında HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və onun mühafizəçilərindən birinin Tehrandakı iqamətgahına edilən hücum nəticəsində şəhid olduğunu elan edib.
(last modified 2024-07-31T00:06:42+00:00 )
İyul 31, 2024 04:04 Asia/Baku
  • HƏMAS-ın lideri Tehranda sui-qəsdə məruz qalıb

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin öz açıqlamasında HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və onun mühafizəçilərindən birinin Tehrandakı iqamətgahına edilən hücum nəticəsində şəhid olduğunu elan edib.

İRNA-nın məlumatına əsasən, Sepah-ın bəyanatında deyilir:

Bismillahir-Rahmənir-Rahim

Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq

Qəhrəman Fələstin xalqına, İslam ümmətinə və Müqavimət Cəbhəsi döyüşçülərinə və şərafətli İran xalqına başsağlığı verməklə bildiririk ki, çərşənbə günü səhər saatlarında İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab Dr.İsmayıl Həniyyənin iqamətgahı Tehranda hücuma məruz qalıb. Bunun nəticəsində HƏMAS lideri və onun mühafizəçilərindən biri şəhid olub.

Bu hadisənin səbəbi və boyutları araşdırılır və nəticə sonradan açıqlanacaq.