Dünyanın 13 ölkəsindən gəlmiş İmam Hüseynin (ə) əzadarlıq xadimləri və pirqulamları Kermanda toplandı
https://azeri.sahartv.ir/news/İran-i413236-dünyanın_13_ölkəsindən_gəlmiş_İmam_hüseynin_(ə)_əzadarlıq_xadimləri_və_pirqulamları_kermanda_toplandı
Bir ömürü Əhli-Beyt (ə) yolunda saç-saqqalını ağartmış İmam Hüseynə (ə) əzadarlıq mərasimlərində xidmət göstərən xadimlərin, ağsaqqalların 21-ci beynəlxalq toplantısı yerli və xarici qonaqların eləcə də media nümayəndələrinin iştirakı ilə Kermanda başlayıb.
(last modified 2024-07-31T01:46:55+00:00 )
İyul 31, 2024 05:45 Asia/Baku
  • Dünyanın 13 ölkəsindən gəlmiş İmam Hüseynin (ə) əzadarlıq xadimləri və pirqulamları Kermanda toplandı

Bir ömürü Əhli-Beyt (ə) yolunda saç-saqqalını ağartmış İmam Hüseynə (ə) əzadarlıq mərasimlərində xidmət göstərən xadimlərin, ağsaqqalların 21-ci beynəlxalq toplantısı yerli və xarici qonaqların eləcə də media nümayəndələrinin iştirakı ilə Kermanda başlayıb.

Hüseyni pirqulamlar və xidmətçilərin şəninin uca tutulması məqsədilə 21-ci beynəlxalq toplantı ötən gün Kerman şəhidlərinin, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı, şəhid general-leytenant Qasim Süleymaninin dəfn edildiyi Kermanın Şəhidlər Məzarlığında keçirilib.

Bu Hüseyni Pirqulamlar Beynəlxalq Konfransında İran və 13 ölkədən 500-ə yaxın qonaq iştirak edir.

Qeyd edək ki, bu mənəvi əzadarlıq mərasimi Kermanda avqustun 1-dək “Kerman, İranın Hüseynabadı” şüarı ilə davam edəcək.