İyul 31, 2024 11:03 Asia/Baku
  • Nasir Kənani:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Fələstin İslami Müqavimət Hərəkatının unudulmaz lideri, ali qəhrəman İsmayıl Haniənin şəhadətini böyük və başı uca Fələstin xalqına, HƏRAKATA və bütün Fələstin müqavimət qruplarına, eləcə də bütün müqavimət hərəkatlarına və Fələstin məsələsini dəstəkləyən xalqlara və dövlətlərə qəlbən təbrik söyləmiş və başsağlığı vermişdir.

İran XİN-in sözcüsü bildirib ki, şübhəsiz bir ömür mübarizə aparmış və qəsbkar sionist rejimə qarşı şərəflə döyüşən və müqəddəs Qüdsün azadlığı uğrunda, eləcə də məzlum Fələstin xalqının sionistlərin caynağından azad edilməsi yolunda canından keçən bu mücahidin pak qanı heç vaxt yerdə qalmayacaq."Qardaşımız mübariz İsmayıl Həniənin "Tehranda şəhadəti İran İslam Respublikası ilə əziz Fələstin və müqavimət arasında dərin və qırılmaz bağları daha da möhkəmləndirəcəkdir"- deyə Kənani əlavə edib

Teqlər