İyul 31, 2024 11:12 Asia/Baku
  • Prezident Pezeşkian Əli Əsədovu qəbul edib

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov iyulun bu gün İİR-nın Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.