Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Tehrana gəlib
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılığı ilə Rusiya rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti Tehrana gəlib.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi məlumat yayıb.
Məlumata əsasən, İran İslam Respublikası və Rusiya arasında strateji əməkdaşlığın davamında Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılığı ilə yüksək səviyyəli Rusiya nümayəndə heyəti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanın dəvəti ilə qarşılıqlı əlaqələri gücləndirmək, regional və beynəlxalq məsələləri və siyasi təhlükəsizlik əlaqələrini araşdırmaq üçün bu gün Tehrana səfər edib.
Bu səfər zamanı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi və nümayəndə heyəti İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
O, İran prezidenti Məsud Pezeşkianla da görüşəcək.