İranın pilotsuz uçuş aparatları dünya mediasının əsas mövzularından birinə çevrilib
Yeni misilsiz “Şahid” ABŞ PUA-sını ələ keçirdi
İran təyinatlı başlığa və uçan hədəfləri vurmaq qabiliyyətinə malik yeni "Şahid-238" pilotsuz uçuş aparatları (PUA) yaradıb.
"Army Recognition" nəşrinin məlumatında bildirilir ki, PUA üç versiyada hazırlanıb və müxtəlif missiyalar üçün nəzərdə tutulub.
PUA-nın xüsusiyyətlərindən məlum olur ki, o, həm yerdə, həm də havada hədəflərə hücum edə bilir. Həmçinin bildirilir ki, "Şahid-238" ABŞ-ın "MQ-9 Reaper" pilotsuz təyyarəsini ələ keçirməyi bacarıb.
Məlumata əsasən bu pilotsuz uçuş aparatı daha ağır "Tolou-10" mini-turbojet mühərriki ilə təchiz edilib.
"Şahid-238"in texniki xüsusiyyətləri belədir:
- uzunluğu 3,5 m;
- qanad genişliyi 3 m;
- 600 km/saata qədər sürət;
- zərbə sürəti 700 km/saatdan çox;
- maksimum uçuş hündürlüyü 9,144 m;
- uçuş müddəti 2 saat;
- maksimum uçuş çəkisi 380 kq;
- GPS/INS və GNSS bələdçi sistemi.
Qeyd edək ki, bu məlumat Azərbaycanın axar.az xəbər portalı tərəfindən də işıqlandırılıb.