Avq 07, 2024 12:09 Asia/Baku
  • İran terror dövləti ilə bağlı mövqeyində haqlıdır

Təcavüzkar rejim beynəlxalq hüquqa uyğun cəzalandırılacaq- TƏHLİL

Sionist rejimin İsmayıl Həniyyənin qətli ilə bağlı cinayət əməli beynəlxalq hüquq normalarına ziddir və İran İslam Respublikası təcavüzkarı beynəlxalq hüquq əsasında cəzalandıracaq.

Məhkəmənin Hakimiyyətinin beynəlxalq işlər və insan haqları üzrə müavini Kazım Qəribabadi bu barədə deyib: “İsmayıl Həniyyənin şəhadəti tamamilə qeyri-qanuni bir hərəkətdir və tamamilə özbaşınalıqdır. Beynəlxalq hüquq baxımından sionist rejimin hərəkəti güc tətbiq etməmək prinsipini pozur. Başqa ölkənin ərazisində kiməsə sui-qəsd edəndə əslində gücdən istifadə etmiş olursunuz və bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir”.

O, qeyd edib: “İran İslam Respublikası suveren və müstəqil ölkədir, sionist rejim İranın ərazisində bu terror əməliyyatını həyata keçirərkən beynəlxalq hüquq baxımından İranın suverenliyini pozmuşdur”.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş də bundan əvvəl İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ilə telefon danışığında sionist rejimin terror aktını pisləyib və açıq şəkildə deyib ki, beynəlxalq hüquqa görə, İran milli təhlükəsizlik və ərazi bütövlüyünün pozulmasına qarşı özünümüdafiə hüququna malikdir.

Əslində İsmayıl Həniyyənin qətlə yetirilməsi sionistlərin fələstinli hərbçi qruplarla qarşıdurmada acizliyini göstərir. Görünür, bu rejimin başçıları “əl-Əqsa Tufanı” əməliyyatından sonra öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün regionda müharibə və əmin-amanlığın miqyasını genişləndirməyə çalışırlar.

Aydın məsələdir ki, İran İslam Respublikası təcavüzkarların cəzalandırılması istiqamətində hərəkət edəcək. Çünki sionist rejimin Həniyyənin qətli ilə bağlı hərəkəti regionda xaos yaratmaq məqsədi ilə həyata keçirilib və İran bu təcavüzkar və terrorçu davranışı cavabsız qoymayacaq və onun hərəkəti beynəlxalq hüquqa əsaslanır. Çünki ölkələrin suverenliyinə riayət və onlara hörmət etmək beynəlxalq hüquqda qəbul edilmiş prinsipdir və sionist rejimin Tehrandakı terror aktı bu prinsipi tamamilə pozmuşdur.

 

 

Teqlər