Avq 09, 2024 12:08 Asia/Baku
  • Iran karvanı ikinci qızıl medalını qazanıb

İranın yunan-Roma güləşçiləri Paris olimpiadasında bir qızıl və bir gümüş medal qazanıblar. Sərbəst güləşçilərin kapitanı da final görüşünə yüksəlib.

İlk mərhələdə Əlcəzair nümayəndəsi İshaq Qayonu məğlub edən Səid İsmaili sonrakı etapda və dörddə bir final mərhələsində kubalı dünya və olimpiya çempionuna qalib gəlib və dörd üstün güləşçi sırasına qatılıb.

Ermənistan güləşçisi Slavik Qalstyanı qarşısından götürən İsmaili dünən final qarşılaşmasında Ukraynanı təmsil edən olimpiya ikincisi Pərviz Nəsibovu üstələyib və qızıl medala sahib çıxıb.

İlk mərhələdə Kolumbiya güləşçisi Karlos Munoz Caramilonu məğlub edib, dörddə bir final mərhələsində Polşa nümayəndəsi Arkadioz Kuliniçi qarşısından götürən Əli-Rza Mohmədi yarımfinal mərhələsində Ukraynanı təmsil edən dünya və olimpiya çempionu Jan Belnyuka qalib gəlib və finala vəsiqə qazanıb. Final görüşündə bolqarıstanlı Semyon Novikova məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Dünən həmçinin Həsən Yəzdani ilk görüşdə  Avstraliya təmsilçisi Ceyden Aleksandr Lourensi məğlub edib.  O, sonrakı etapda Yunanıstanı təmsil edən rus mənşəli Avropa çempionu Dauren Kuruqliyevi üstələyib və yarımfinal mərhələsinə yüksəlib.

Yəzdani bu mərhələdə San-Marino nümayəndəsi Mayls Nazim Əmini məğlub edib və finala yüksəlib. Yəzdani bu gecə final qarşılaşmasında Bolqarıstanı təmsil edən rus mənşəli Maqomed Ramazanovla güləşəcək

 

Teqlər