Reuters: İran öz nefti üçün yeni müştərilər tapıb
https://azeri.sahartv.ir/news/İran-i413550-reuters_İran_öz_nefti_üçün_yeni_müştərilər_tapıb
“Reuters” agentliyi gəmiçilik mənbələrinə istinad etdiyi hesabatda İranın sanksiyalara rəğmən, öz nefti üçün yeni müştərilər tapdığından xəbər verib.
(last modified 2024-08-11T06:11:52+00:00 )
Avq 11, 2024 10:11 Asia/Baku
  • Reuters: İran öz nefti üçün yeni müştərilər tapıb

“Reuters” agentliyi gəmiçilik mənbələrinə istinad etdiyi hesabatda İranın sanksiyalara rəğmən, öz nefti üçün yeni müştərilər tapdığından xəbər verib.

Bu məlumata görə, İrana qarşı sanksiyaların davam etməsinə baxmayaraq, Tehran öz xam neftini satmaq üçün Banqladeş kimi müştərilər cəzb edə bilib.

“Reuters”in verdiyi məlumata görə, İran ABŞ-in keçmiş prezidenti Donald Trampın 2018-ci ildə “nüvə sazişindən” çıxdıqdan sonra İranın xam neft ixracına tətbiq etdiyi sanksiyalardan yan keçməyin yollarını axtarır.

“Reuters” xəbərinin davamında İran 2018-ci ildən bu yana eyni dövrlə müqayisədə bu ilin mart-may ayları arasında üç aylıq dövrdə neft ixracatında ən yüksək ixrac göstəricisinə nail olduğunu da qeyd edib.