Ayətullah Sistani: Dünya xalqlarını bir daha bu vəhşiliyə qarşı çıxmağa çağırıram
https://azeri.sahartv.ir/news/İran-i413551-ayətullah_sistani_dünya_xalqlarını_bir_daha_bu_vəhşiliyə_qarşı_çıxmağa_çağırıram
Təqlid mərcəyi Ayətullah əl-üzma Sistani xunta rejiminin Qəzzədəki məktəbi bombalamasına reaksiya verib və ət-Təbiin məktəbinə hücumu şiddətli şəkildə qınayıb.
(last modified 2024-08-11T06:12:31+00:00 )
Avq 11, 2024 10:12 Asia/Baku
  • Ayətullah Sistani: Dünya xalqlarını bir daha bu vəhşiliyə qarşı çıxmağa çağırıram

Təqlid mərcəyi Ayətullah əl-üzma Sistani xunta rejiminin Qəzzədəki məktəbi bombalamasına reaksiya verib və ət-Təbiin məktəbinə hücumu şiddətli şəkildə qınayıb.

Ayətullah Sistaninin müraciətində deyilir: “Dünya xalqlarını bir daha bu qorxulu vəhşiliyə qarşı çıxmağa və məzlum Fələstin xalqına və İslam ümmətinə daha çox zərər vurmaq niyyətində olan işğalçıların pis planlarının tətbiqinə mane olmağa çağırırıq. Qəzzədəki müharibəni və soyqırımı dayandırmaq və bu bölgənin məzlum xalqına yardım etmək üçün birləşməliyik”.

Xatırladaq ki, İsrail ordusunun Qəzzədə adıçəkilən məktəbə zərbə endirməsi nəticəsində təxminən 150 dinc fələstinli şəhid olub və yaralanıb.