Hüseyn(ə) Ərbəinindən yerdə qalanların yürüş mərasiminin şüarı belədir: “Hüseyn qoşunu, Qüds qoşunu”
Tehran meriyasının mədəniyyət-incəsənət təşkilatının mədəniyyət məsələlər üzrə sədr müavini deyibdir ki: Hüseyn(ə) Ərbəinindən yerdə qalanların yürüş mərasiminin şüarı “Hüseyn qoşunu, Qüds qoşunu” seçilib.
Həmid-Rza Xonoi Tehranda Hüseyn(ə) Ərbəinindən yerdə qalanların yürüş mərasiminin detalları haqda belə deyib: Mərasim avqustun 25-də sübh namazı qılındıqdan və Ərbəin ziyarətnaməsi oxunduqdan sonra İmam Hüseyn(ə) meydanından başlanacaq və yürüş iştirakçıları Şəhre Reydə yerləşən Həzrət Əbdüləzim Həsəni ziyarətgahına doğru hərəkət edəcəklər.
Tehran merinin müavini söyləyib: Tehran meriyasının mədəniyyət-incəsənət təşkilatı Hüseyn(ə) Ərbəinindən yerdə qalanların yürüş mərasimində üç ümumi istiqamətdə iştirakla insanlara tədbirin keçirilməsi ləvazimatları, mühit və strukturun hazırlanması kimi lazımi xidmətləri göstərəcək.
Bu istiqamətdə 1200 xalq çadırı tədarük edilib- deyən Xonoi söyləyib: Bu çadırlarda mədəniyyət tədbirləri, həmçinin əzadarlar və zəvvarlara müxtəlif xidmətlər planlaşdırılıb.