“Ərbəin” qəlblərin döyündüyü məkan, dillərin səslədiyi eşq çağırışıdır
“Ərbəin” qəlblərin döyündüyü məkan, dillərin səslədiyi eşq çağırışıdır
Bu gün İslam tarixində şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibni Əlinin (ə) və Kərbəla şəhidlərinin "Ərbəin" mərasimi(40 mərasimi) kimi qeyd olunur. Hər il bütün müsəlman dünyasının mənəvi qibləsinə çevrilən Kərbəla şəhərindəki bu müqəddəs məkan ilk dəfə Ərbəin günündə İslam Peyğəmbərinin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) ziyarət edib.
Qiyamətə qədər davam edəcək İmam Hüseynin (ə) Ərbəininə bu ildə o həzrətin şəhadətinin hədəf və məqsədlərinə “ləbbeyk” söyləyən müsəlmanlar və qeyr- müsəlmanlar, sünnilər və şiələr, hamılıqla və bir səslə zülümün qarşısında durdular. Bütün region xalqları kimi xüsusilə əziz Azərbaycan xalqından tutmuş, Türk xalqlarınadək və əziz Pakistan xalqından tutmuş Əfqanlaradək, Suriyalılardan tutmuş Bəhreyn, Livan, Qətər kimi ölkələrdə yaşayan Əhli-Beyt (ə) sevərləri bu ziyarətin şərəfini və ləyaqətini dərk edərək onun ehtiramına xatir uzun səfərlərə, çətinliklərə sinə gərir və Ərbəin ziyarətində bir səslə “Ya Hüseyn” deyərək birləşirlər.