İnqilab Rəhbəri:
İstehsal, iqtisadi problemlərin həllinin açarıdır
İslam İnqilabının Böyük Rəhbəri ölkə prezidentinin və on dördüncü dövlətin ilk görüşündə iqtisadi problemlərin həllinin açarı kimi istehsala diqqət, virtual mühitdə qanunlu hökmranlıq zərurəti, bahalıq və inflyasiya da daxil olmaqla təcili prioritetlərə riayət kimi mühüm cəhətləri bəyan ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei öncə xalqın əzəmətli Ərbəin hərəkətini yüksək qiymətləndirib və dövlət həftəsini təbrik ediblər.
Ölkənin inkişafı üçün səy/ və xalqa xidmət fürsətini böyük ilahi nemət adlandıran İnqilab Rəhbəri belə qeyd ediblər: Allahın və xalqın bu əmanətinin qədrini bilin/ və bilin ki, dörd il xidmət fürsəti işıq və külək sürətilə keçib gedəcək. Əlbəttə, elə bu müddətdə də böyük işlər görmək olar.
İran xalqının istedadyaratma imkanına malik oldğunu bildirən İnqilab Rəhbəri/ Xacə Nəsirəddin Tusi, İbn Sina, Molla Sədra və Zəkəriyya Razi kimi tanınmış şəxsiyyətlərə işarə edib və belə söyləyiblər: Bunlar İran xalqının təfəkkür uçuşunun sonsuz imkanının nişanəsidirlər və hazırda da ölkənin istedadlı gənclərindən istedad yetişdirmək olar.
O həzrət regional güc, strateji dərinlik və siyasi imkanları İranın imkanlarından adlandırıb və belə əlavə ediblər: Son 45 il ərzindəki müsbət və mənfi təcrübələr də/ diqqət yetirilməli olan ən dəyərli cəhətlərdəndir.
Həzrət Ayətullahuluzma Xamenei məhdud mənbələr və fürsətlərə və qarşıda duran çox sayda işə əsasən, prioritetlərə riayətə diqqət çəkib və qeyd ediblər ki: Bəzi prioritetlər inflyasiya və bahalıq məsələsi kimi təcili məsələlərlə bağlıdır və münasib şəkildə onları həll etmək lazımdır, amma bəzi prioritetlər infrastruktur məsələlərinə nəzarətdir və əgər bu gün onlar nəzərdən qaçırılarsa, on il sonra məcburi şəkildə həmin işə başlamaq lazım gələcək.
Nüvə enerjisini ölkənin gələcəyi üçün zəruri və infrastruktur prioritetlərdən adlandıran və onun faydaları barədəki bəzi tərəddüdedici ifadələrin düzgün olmadığını bildirən İnqilab Rəhbəri vurğulayıblar ki: Ölkə özünü/ dünyanın elmi, texniki və modern məsələsindən məhrum edə və bu yoldan geri düşməklə illər sonra ona başlamağın ardınca ola bilməz.
İslam İnqilabının Böyük Rəhbəri dövlətin şimal-cənub və şərq-qərb marşrutlarının təkmilləşdirilməsi sahəsindəki layihələrini/ ölkənin mühüm kommunikasiya imkanlarına əsasən vazkeçilməz prioritetlərdən adlandırıb və belə əlavə ediblər: Altqurum bölmələrindəki çoxsaylı və çeşidli məhsulların istehsalı, həmçinin neft və qaz çıxarmanın yeni üsullarının işlədilməsi üzrə imkanlardan imkan daxilində istifadə və neft üzrə üstqurum bölmələrinin inkişaf etdirilməsi, kənd təsərrüfatında modern suvarma üsulları, buğdada iqtisadi müstəqillik və qida təhlükəsizliyi məsələləri ölkənin qarşısında duran digər mühüm prioritetlərdəndir.
O həzrət ölkənin iqtisadi problemlərinin həllinin açarını istehsalda, həmçinin təqdimin artırılması və gücləndirilməsində görüb və belə vurğulayıblar: İstehsal məsələsinə ciddi yanaşmaq və onu gücləndirməklə inflyasiya, məşğulluq və milli pulun dəyəri kimi problemlər həll olacaq.
Həzrət Ayətullahuluzma Xamenei prezidentin o həzrətlə nazirlər kabineti barədəki məşvərət tərzinin bəyanında isə belə deyiblər: Mən tanıdığım və ya səlahiyyətləri barədə etibarediləsi mənbələrdən əmin olduğum bir neçə nəfəri təsdiq və bəzi adlar üzərində təkid etdim, amma tanımadığım xeyli sayda şəxs barədə dedim ki, bu barədə fikrim yoxdur və prezident məclisi qane etməyi və bütün nazirlər üçün etimad səsi almağı bacardı.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bu gün prezident və məclisin etimadını qazanmış bütün möhtərəm nazirlər ölkənin yüksək vəzifəli rəsmiləridirlər və hamının vəzifəsi, onların uğuruna dəstək və köməkdir.