Bir neçə Qərb ölkəsi nümayəndəliklərinin başçıları İran XİN-ə çağırılıblar
Avropalı tərəflərin qeyri-konstruktiv ifadələri və qeyri-adi bəyanatlarının ardınca İngiltərə, Fransa, Niderland və Almaniyanın nümayəndəliklərinin başçıları İran Xarici İşlər Nazirliyinə çağırılıblar.
İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin qeyri-adi bəyanatlarından sonra bəzi avropalı tərəflərin Amerika ilə eyni istiqamətdəki qeyri-konstruktiv ifadələrinin davam etməsinin ardınca/ İngiltərə, Fransa, Niderland və Almaniyanın Tehrandakı nümayəndəliklərinin başçıları İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin baş müdiri tərəfindən dünən ayrı-ayrılıqda nazirliyə çağırılıblar.
İrana qarşı Ukrayna münaqişəsinə müdaxilə iddiası irəli sürən sözügedən avropalı tərəflər İran İslam Respublikası əleyhinə bəzi sanksiyalar da tətbiq ediblər.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin baş müdiri adları hallanan ölkələrin nümayəndəliklərinin başçıları ilə görüşlərdə bəzi qərbli tərəflərin son təxribatçı hərəkətləri, bəyanatları və mənfi atmosfer yaratmalarını kəskin tərzdə pisləyib. Bildirib ki: Bu kimi mövqelərin tutulması və addımların atılmasına israr, Qərbin İran xalqına qarşı düşmənçilik siyasətinin davam etdirilməsi istiqamətində dəyərləndirilibdir ki, əlbəttə, İran İslam Respublikasının münasib cavabı ilə üzləşəcəkdir.
İran İslam Respublikasının Ukrayna münaqişəsi qarşısındakı elan olunmuş şəffaf mövqeyinə bir daha təkid edən Məcid Nili-Əhmədabadi belə deyib: Öncə vurğulandığı kimi, İran İslam Respublikası tərəfindən Rusiyaya ballistik raketlərin satışına dair hər hansı iddia, tamamilə yalan və əsassızdır.
O, söyləyib: Amerika və onun bir qrup avropalı müttəfiqi elə bir halda təhlükəsizlik və sülhdən danışırlar ki, onların özləri sionist rejim də daxil olmaqla bəzi tərəflərə ölümcül silahlar satmaqla dünyada gərginliyin yaranması və böhranın şiddətlənməsi mənbəyidirlər. Təbiidir ki, onun nəticələrinə əsasən, onlar öz yanlış siyastələrinə görə cavabdeh olmalıdırlar.
Avropalı tərəflər bu görüşlərdə/ qeyd olunan halları öz paytaxtlarına əks etdirəcəklərini bildiriblər.