İran rəsmisi ölkələrin ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb
Taxt-Rəvançi: Beynəlxalq sərhədlər toxunulmazdır
İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini erməni həmkarı ilə söhbət zamanı Tehranın beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyini şərh edib.
İRNA-nın məlumatına görə, Məcid Təxt-Rəvançi virtual X şəbəkəsindəki hesabından paylaşdığı mesajda yazıb: “Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla telefon danışığında bir daha bütün qonşularla münasibətləri gücləndirmək istəyimi vurğuladım”.
Taxt-Rəvançi qeyd edib ki, İranın beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyini onun diqqətinə çatdırdım”.
Ermənistan xarici işlər nazirinin müavini isə telefon söhbətində İrəvanın xarici siyasətində İranın əhəmiyyətinə toxunaraq, bu dövlətin tanınmış sərhədlərdə istənilən dəyişikliyin əleyhinə olmasını yüksək qiymətləndirib.