Sen 14, 2024 12:29 Asia/Baku
  • İran Təhlükəsizlik Şurasından Mircavə terror hücumunun pislənilməsini istədi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Mircavə terror hücumu ilə bağlı Təhlükəsizlik Şurasına ünvanladığı məktubda “Ceyşül-Ədl”in törətdiyi nifrətamiz terror aktının Şura tərəfindən pislənilməsini istəyib.

Əmir Səid İrəvani BMT katibinə və Təhlükəsizlik Şurasına yazdığı məktubda bildirib ki, İran İslam Respublikası Təhlükəsizlik Şurasından “Ceyşül-Ədl”in hələ də törətdiyi terror aktları və etdiyi qəddar hərəkətlərin davamı olaraq xarici qüvvələrə bağlı və Xorasan İŞİD-lə əlbir terrorçu qrupunun İranlı günahsız vətəndaşlarına və polis əməkdaşlarına qarşı törədilmiş bu nifrətamiz terror aktını qəti şəkildə pisləsin və 2023-cü ilin dekabrın 16-da verilən bəyanatı və üzərinə götürdüyü terrorun bütün formaları ilə mübarizə əsasında lazımi tədbirlər görsün.

Qeyd edək ki, ötən cümə axşamı “Ceyşül-Ədl” terrorçu şəbəkəsinə bağlı silahlı dəstə Mircavədə yanacaq doldurma məntəqəsində sərhədçilər və zabitlərin yanacaq alan zaman İran İslam Respublikasının polis qüvvələrinin maşınını hədəfə alıblar.

Törədilmiş bu terror aktı nəticəsində polis Leytnantı Məhəmməd Əmin Narui, əsgər Parsa Suzəni, əsgər Əmir İbrahimzadə şəhid olub və bir nəfər mülki vətəndaş da yaralanıb.    

 

Teqlər