Sen 17, 2024 16:28 Asia/Baku
  • Himməti: Rusiya şimal-cənub dəhlizini icra etmək əzmindədir

İranın iqtisadiyyat və maliyyə naziri dünən Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitinlə görüşdən sonra bildirib ki, İran şimal-cənub dəhlizinin tez bir zamanda icra edilməsinə təkid edib və bizim rusiyalı tərəfimiz də bu layihəni icra etməyə qərarıldır.

İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti  Rusiya prezidentinin xüsusi köməkçisi ilə görüşdə Rusiyanın investisiyalarının artması və birgə anlaşmaların icrasını vurğulayıb. O, deyib ki: Rusiya üçün təyin edilmiş imkanlar icra olunmuş hallardan çox olub.

Görüşdə xüsusi köməkçiyə dedik ki, anlaşmaların təkcə iyirmi faizi icra mərhələsinə çatıb. Rusiya energetika və nəqliyyat sektorlarında sərmayə yatırımlarını müəyyən edib və biz onların artırılmasını istəyirik- deyə, Himməti bildirib..

İranın iqtisadiyyat və maliyyə naziri əlavə edib: Görüşdə şimal-cənub dəhlizi lahiyəsinin icrası üzrə mühüm məsələ müzakirə olunub. Rusiya vurğuladı ki, bu layihənin icrasına qərarlıdır, çünki İran və Rusiya üçün mənfəəti var. Asiya ölkələri, o sıradan Hindistan və Fars Körfəzi ətrafındakı ölkələr ondan bəhrələnəcəklər.

Himməti sonda vurğulayıbdır ki: Xüsusi köməkçidən/ Rusiyanın ikinci bankı olan VTB bankının İrandakı proqramlarının araşdırılmasından sonra şimal-cənub koridorunun tez bir zamanda icrası istiqamətində qənaətbəxş nəticəyə çatmağımız üçün sözügedən koridor layihəsinə üzv ölkələri dəvət etməsini istədik.