Sen 18, 2024 17:33 Asia/Baku
  • Livanda törədilmiş terror aktı Qərb ölkələrinin utanc mənbəyidir

İran prezidenti Livanda törədilmiş terror aktının başda Amerika olmaqla Qərb ölkələrinin utanc mənbəyi olduğunu deyib.

Prezident Məsud Pezeşkian Livanda baş vermiş terror aktı ilə bağlı çıxış edib. Cənab Prezident dövlət rəsmiləri ilə keçirdiyi iclasda sionist rejiminin Livanda günahsız vətəndaşları hədəfə alan terror əməliyyatına toxunaraq baş vermiş hadisəni başda Amerika olmaqla Qərb ölkələrinin utanc mənbəyi olduğunu və onların qeyri-insani hədəflərinə çatması üçün heç bir imkanı əsirgəmədiklərini deyib.

"İnsanların rifahı üçün hazırlanmış və adi şəraitində istifadə edilən vasitələrdən bizmlə baxışı eyni olmayanların terror və məhv etmək məqsədilə istifadə etməsi insanlığın alçalmasına və vəhşiliyin, cinayətkarlığın üstün tutulduğuna sübutdur"-prezident Pezeşkian əlavə edib.

İran prezidenti daha sonr qeyd edib ki, baş verən bu hadisə bir daha göstərdi ki, hərçənd ki, Qərb ölkələri və Amerikalılar üzdə atəşkəsin bərpa edilməsinin tərəfində olduğunu iddia edir, lakin əmələ gəlincə sionist rejimin vəhşicəsinə törətdiyi terroru, qırğınları və cinayətləri bütün gücü ilə müdafiə edir.

Prezident Pezeşkian daha sonra təkidlə söyləyib ki, belə bir vəziyyətin həll yolu, sionist rejimi və onun havadarlarının məzlum Fələstinlilərə və İslam dünyasına, İlsam ölkələri və müsəlmanların vəhdəti və həmrəyliyinə, qarşı silsiləvi törətdiyi cinayət və zülm zəncirinin qırılmasıdır.  

 

 

Teqlər