Sen 21, 2024 12:28 Asia/Baku

İran silahlı qüvvələrinin paradı zamanı Sepah-ın «Cihad» adlı ən yeni ballistik, uzaq mənzilli və dəqiqvuran raketi nümayiş etdirilib.

Silahlı qüvvələrin İmam Xomeyni(r.ə)-in pak hərəminin kənarında keçirilən paradı zamanı sözügedən raketlə yanaşı, «Şahid» tipli pilotsuz uçuş aparatları da nümayiş olunub.

Strateji «Cihad» raketi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın uzaqmənzilli raketlərinin yeni nəslindəndir. Bu raket özünəməxsus özəlliklərə malikdir. Raket bərk yanacaqla işləyir.

Bu tam İran sistemi ideyadan tutmuş istehsaladək  İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin zəhmətkeş alimləri tərəfindən dizayan olunub, düzəldilibdir.

 

Teqlər