İranda mədən partlayışı faciə törədib
Sen 22, 2024 15:40 Asia/Baku
İranın Təbəs şəhərindəki mədəndə baş vermiş partlayışının qurbanlarının sayı 52 nəfərə çatıb.
İranın şərqindəki Cənubi Xorasan vilayətinin Təbəs şəhərində kömür mədənində baş verən partlayışda 52 nəfər həlak olub.Verilən xəbərdə bildirlir ki, bu barədə vilayətin böhranla mübarizə xidmətinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.Onun sözlərinə görə, partlayış zamanı Təbəs kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb."Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”deyə Axundi əlavə edib.