Sen 24, 2024 13:06 Asia/Baku
  • İraqçı: “Biganə yanaşamayacağıq”

“İran biganə yanaşamayacaq; biz Livan və Fələstin xalqının yanındayıq” Bunu İranın XİN başçısı Seyid Abbas İraqçı İsrail rejiminin cinayətləri ilə bağlı özünün “X” hesabındakı paylaşımında qeyd edib.

“İsrailin cinayət əməlləri Amerikanın dəstəyi ilə baş tutması bütün dünyaya tamamilə açıq-aydındır. Bundan üz döndərin, bəşər həyatına qarşı qəddarcasına və etinasızlıqla törədilən bu cinayətlər davam etməməlidir”- deyə Seyid Abbas İraqçı paylaşımında əlavə edib.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarından etibarən qəddar sionist ordusu Livanın cənubunda müxtəlif obyektləri genişmiqyaslı hücumlarla hədəfə alıb, rejimin bu təcavüzkarlığı hələ də davam etməkdədir.