Sen 25, 2024 18:34 Asia/Baku
  • Müəzzəm Rəhbər:

"Fələstin müqavimət cəbhəsi və Hizbullah müharibə meydanın qalibidir" Bunu Həzrət Ayətullahul-Uzma Xamenei Müqəddəs Müdafiə illərində müharibədə mübrizə və müqavimət cəbhəsində iştirak etmiş bir qrup qazi və ictimai fəallarla görüşündə söyləyib.

Müəzzəm Rəhbər çıxışında regionun bugünkü şəraiti eləcə də sionist rejimin Qəzzə və Livanda törətdiyi cinayətlərə işarə edərək Fələstində müqavimət cəbhələrinin və Livanda isə Hizbullahın göstərdiyi rəşadət və mübarizənin Müqəddəs Müdafiə illərində Allah yolunda edilmiş cihadın oxşarı adlandırıb.

"Sionist rejimin Qəzzədə, Livanda və İordan vadisində törətdiyi cinayətlər və yaşatdığı acı hadisələrə baxmayaraq indiyədək qələbə Allah yolunda vuruşan tərəflədir, İlahi tövfiqlə elə bu meydanın son qalibi də Müqavimət Cəbhəsi və Livan Hizbullahı olacaqdır"- deyə İnqilab Rəhbəri vurğulayıb.

İnqilab Rəhbəri Fələstində və Livanda baş verən hadisələri Müqəddəs Müdafiə illərindəki hadisələrdən və Allah yolunda cihadın nümunələrindən adlandıraraq buyurublar ki, İslam ölkələrdən biri, yəni Fələstin aləmin ən xəbis kafirləri tərəfindən qəsb edilib. Bütün hamıya vacibdir ki, Fələstinin, Məscidül-Əqsanın müsəlmanlara, onun əsil sahiblərinə geri qaytarılması üçün köməklik göstərməli və səy etməlidir. Bu qəti şəri hökmdür.

"Qəzzə naminə sinəsini sipər edən və bu acı hadisələri gözə alan Livan Hizbullahı Allah yolunda cihad edir ”-deyə Ali Rəhbər vurğulayıb.

Ali Rəhbər sözünün davamında məcburi şəkildə aparılmış müharibəyə oxşar hadisələrin Fələstin və Livanda da baş verdiyini diqqətdə saxlayaraq deyiblər ki, bu döyüşdə kafir və xəbis düşmən bütün təchizatla təmin edilib, Amerika da onun arxasında dayanır. Amerikanın sionistlərin etdiklərindən xəbəri olmaması və bu mövzuya müdaxilə etməməsi iddiası isə həqiqəti əks etdirmir. 

İnqilab Rəhbəri düşmən sionist rejimin maliyyə, silah və təbliğat vasitələri ilə təminatına toxunaraq əlavə ediblər ki, cəbhənin mücahid və imanlılar tərəfinin imkanları qarşı tərəflə müqayisədə çox azdır, amma qalib tərəf Allah yolunda cihad edən yəni Fələstin müqaviməti və Livan Hizbullahıdır.  

Həzrət Ayətullahul-Uzma Xamenei müqavimət cəbhəsinin qələbə qazanmasının səbəbini sionist rejimin günahsız qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi, məktəb və xəstəxanaların bombalanması kimi cinayət əməllərinin olduğunu deyib.

O həzrət buna əsas kimi bildirib ki, əgər sionist rejimi həm Qəzzədə, həm İordan çayının qərb sahilində, həm də Livanda müqavimətçi qüvvələrin qarşısında məğlub olmasaydı, özünü qalib və üstün kimi göstərmək üçün bu cür cinayətlərə əl atmazdı.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İrana qarşı edilmiş müharibənin başlanmasının səbəblərini açıqlayarkən, dünyaya hakim kəsilmiş fitnə-fəsad və saxta nizama qarşı “yeni söz” və "İslam Respublikasının cəlbediciliyi" kimi iki əsas amilə işarə edib.
"Müqəddəs Müdafiə dəyərli vətənin müdafiəsi ilə yanaşı, dindən müdafiə və Allah yolunda cihaddan əlavə İslamı diriltdi, İran xalqını əzəmətli etdi, ölkədə mənəvi ruhu yüksəltdi"-Müəzzəm Rəhbər əlavə edib

 

Teqlər