Sen 29, 2024 11:48 Asia/Baku
  • Amerika sionist rejimin cinayətlərinə şərikdir

İraqçı: Bunker əleyhinə bombalardan istifadə, Amerikanın İsrailin cinayətlərində iştirakının aşkar nümunəsidir

İran xarici işlər naziri Seyid Abbas İraqçı Amerikanın müqavimət rəhbərlərini terror etməsi üçün İsrail rejiminə hədiyyə etdiyi bunker əleyhinə bombalardan istifadəni, Ağ Ev-in Təl-Əvivin cinayətlərində iştirakının aşkar nümunəsi adlandırıb.

İran xarici işlər naziri BMT baş katibi və BMT Baş Assambleyasının sədri ilə keçirdiyi görüşlərdə terrorçu İsrail rejiminin/ Seyid Həsən Nəsrullahın və onun silahdaşlarından bir qrupunun şəhid olmaları ilə nəticələnən Livana qarşı yeni təcavüzkarcasına və terrorçu hərəkətlərinin olduqca təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Seyid Abbas İraqçı Birləşmiş Millətlər Təşkilatının regional və qlobal sülh və təhlükəsizliyin qorunması istiqamətində təcili tədbirlərin görülməsi üzrə məsuliyyətini də vurğulayıb.

İran xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının qaniçən İsrail rejiminin soyqırımı və təcavüzkarlığının pislənilməsi istiqamətində hətta sadə bir bəyanatın verilməsində aciz qalması və istənilən təsirli addımın atılmasındakı qüsuruna diqqət çəkib.

İraqçı sonra BMT baş katibi və BMT Baş Assambleyası sədrinin işğalçı İsrail rejiminin fitnəkarlıqları ilə mübarizə istiqamətində dünya ictimaiyyətinin səfərbər edilməsi üzrə qanuni və etik vəzifəsini xatırladıb.

İraqçı İran İslam Respublikasının terrorçu və qaniçən İsrail rejiminin fitnəkarlıqları qarşısında öz həyati maraqları və milli təhlükəsizliyini hərtərəfli şəkildə müdafiə üzrə əzmkarlığına da təkid edib. Bildirib ki, müqavimətin İsrail rejiminin təcavüzkarlığı və işğalçılığı qarşısındakı yolu və amalı qüvvətlə davam edəcək.

Sionist rejimin cinayətləri region xalqlarını öz qanuni hüquqlarının həyata keçirilməsi və sözügedən rejimin fitnəkarlıqları ilə mübarizə istiqamətində daha da əzmkar edəcək- deyə, İran xarici işlər naziri vurğulayıb.