İran İslam Respublikasının birinci vitse-prezidenti Ermənistana gedib
Arif: Qonşu ölkələr və regionla əməkdaşlığı inkişaf etdirmək istəyirik
İran İslam Respublikasının birinci vitse-prezident bu gün İrəvana yola düşməzdən əvvəl jurnalistlər qarşısında çıxış edərək vurğulayıb ki, 14-cü hökumətin əsas xarici siyasət strategiyası qonşu ölkələr və region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdir.
Məhəmmədrza Arif Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının iclasında iştirak etmək üçün Ermənistana yollanıb.
Birinci vitse-prezident deyib: “Biz bu səfərdə ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirməyə, birgə və çoxtərəfli regional sistemlərdə iştirak etməyə çalışacağıq”.
Onun sözlərinə görə, İran İslam Respublikasının Şanxay və BRİKS kimi mühüm regional və beynəlxalq təşkilatlara üzvlüyü prosesi başa çatıb və bugünkü Ermənistana səfərimiz zamanı biz Avrasiya İqtisadi İttifaqına üzvlük təklifini irəli sürəcəyik ki, bu da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış etmək və sammitdə iştirak edən ölkələrin baş nazirləri ilə fikir mübadiləsi aparmaq birinci vitse-prezidentin səfərinin planları sırasındadır.