Okt 02, 2024 07:31 Asia/Baku
  • İslam İnqilabı Keşikçiləri Korpusunun II bəyanatı:

Bismillahir Rəhmanir Rəhim İslam ümməti, böyük müqavimət cəbhəsi və İslami İranın şərəfli xalqı

Öncəki bəyanatın davamı olaraq, sizin İslam İnqilabı Keşikçiləri Korpusundakı övladlarınız İslam Respublikası rəhbərləri və hərbi komandanların verdikləri vədlərə uyğun olaraq, digər silahlı qüvvələrin köməyi ilə “Ya Rəsulullah(S)” kodu ilə “Sadiq vəd II” əməliyyatı nəticəsində işğal olunmuş ərazilərin daxilindəki strateji mərkəzləri İslami İranın övladlarının istehsal etdikləri raketlərlə hədəfə aldılar. Bu əməliyyatda bəzi hava və radar bazaları, xüsudiylə Şəhid Doktor İsmayıl Həniyyə, Livan Hizbullahının rəhbəri şəhid höccətül-islam-vəl-müslimin Seyid Həsən Nəsrullah və Hizbullahın, Fələstin İslami Müqavimətinin və İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi komandanlarına qarşı məkirli planlaşdırma mərkəzləri hədəfə alındı. Bu ərazilərin ən müasir və ən geniş havadan müdafiə sistemləri ilə mühafizə olunmasına baxmayaraq, atəşin 90 faizi hədəfi vurub və sionist rejim İslam Respublikasının kəşfiyyat və əməliyyat qabiliyyətindən dəhşətə gəlib. Bu əməliyyat qanuni özünü müdafiə haqqı çərçivəsində və beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilib və düşmənin hərhansı axmaqlığı, dağıdıcı və peşimanedici formada cavablandırılacaqdır. İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti

Teqlər