General Musəvi: Sionist rejimin hər hansı səhvi sarsıdıcı cavabla üzləşəcək
İran Ordusunun baş komandanı deyib: “Əgər sionist rejim düşünülməmiş tədbirlər görərsə, İranın sərt və dağıdıcı cavabı ilə qarşılaşacaq və cavabımızın səviyyəsi əvvəlki hücumdan daha yüksək olacaq".
İran İslam Respublikası Ordusunun ali baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi sionist rejim başçılarının ölkəmizə qarşı təhdidlərinə cavab olaraq, deyib: "Sionist rejimə xəbərdarlıq edirik ki, düşünülməmiş tədbirlər görəcəyi təqdirdə sərt və dağıdıcı cavab alacaq".
Ordunun ali baş komandanı davamında vurğulayıb: "İran sionistlərin düşmənçilik hərəkətləri ilə bağlı səbirli olub, lakin indi sionist rejimə lazımi vaxtda dəqiq və dağıdıcı zərbə vurmağa hazırıq".
"İranın hakimiyyət orqanları bundan əvvəl dəfələrlə bəyan ediblər ki, sionist rejimin istənilən hücumu daha sərt cavabla üzləşəcək. Ona görə də əgər düşmən tərəfindən səhv olarsa, bizim cavab səviyyəmiz əvvəlki hücumdan daha yüksək olacaq", - deyə General-mayor Musəvi qeyd edib .