Əraqçi: İran və Ərəbistan regionda sabitlik yaratmağa qadirdir
İranın xarici işlər naziri deyib: İran və Səudiyyə Ərəbistanı birlikdə regionda təhlükəsizlik və sabitliyin əldə olunmasına kömək edə bilər və bu məsələ daha yüksək səviyyədə siyasi iradə tələb edir.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Ər-Riyadda səudiyyəli rəsmilərlə görüşdükdən sonra X sosial şəbəkə saytındakı paylaşımında Krallıqda apardığı məsləhətləşmələrlə bağlı yazıb: "Coğrafiya bizi həmişə qonşu, imanımız isə bizi həmişə qardaş edir. İran və Səudiyyə Ərəbistanı birlikdə regionda təhlükəsizlik və sabitliyin əldə edilməsinə kömək edə bilər və bunun üçün daha yüksək səviyyədə siyasi iradə lazımdır".
O əlavə edib: "Mən şadam ki, bu gün səudiyyəli həmkarımla uzun bir yolda ilk addımları atdıq. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla ortaq maraq doğuran həyati mövzularda çox mühüm müzakirələr apardım".
Əraqçi daha sonra yazıb: "Sionist rejim bütün regionu fəlakətə doğru aparır. Bu çətin dövrdün öhdəsindən gəlmək üçün regionun sayıqlığa, müdrikliyə, şücaətə və əməkdaşlığa ehtiyacı var".
Qeyd edək ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi regional səfərlərin ikinci dayanacağı olaraq, çərşənbə günü Ər-Riyada gedib və Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan və bu ölkənin vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salmanla danışıqlar aparıb.