Okt 17, 2024 14:41 Asia/Baku
  • “THAAD İranın hipersəs raketlərini dəf edə bilməz”

Sionist rejim mediası bildirir ki, əgər İran manevr başlıqlı ballistik raketlərdən istifadə edərsə, o zaman Amerikanın “THAAD” anti-ballistik sistemləri İsrailə kömək edə bilməyəcək.

Təsnim Agentliyinin xəbərinə görə, Amerikanın “THAAD” raketdən müdafiə sistemlərinin işğal altındakı Fələstində yerləşdirilməsinin ardınca rejim mediası bu sistemlərin qabiliyyətini araşdırmağa başlayıb.

Bəzi KİV-lər bu sistemlərin səhvlərinə işarə edərək bildiriblər ki, İran manevr başlıqları ilə hipersəs raketləri atarsa, onların qarşısını almaq çətin olacaqdır. Belə ki, atılan raketin hərəkətində qəfil dəyişiklik olarsa, onu tutmaq mümkün olmayacaqdır.

 

Teqlər