Okt 21, 2024 16:19 Asia/Baku
  • İranın XİN: Beyt-Lahiyə cinayəti aparteid rejiminin növbəti vəhşiliyidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin işğal olunmuş Fələstində cinayətkar əməllərini davam etdirməsini qətiyyətlə pisləyib.

İRNA-nın məlumatına görə, İsmayıl Beqayi deyib: “Beynəlxalq ictimaiyyətin və insan haqları qurumlarının susqunluğu və məsuliyyətdən yayınması, sionist rejimin cəzasız qalması, eləcə də ABŞ-ın sionist rejimə davamlı dəstəyi nəticəsində hər gün yeni cinayətlər və vəhşiliklərin şahidiyik”.  

Diplomatik qurumun sözçüsü əlavə edib: “Beyt-Ləhiyədə yetmişdən çox günahsız fələstinli qadın və uşağın qətliam edilməsi, həmçinin ifratçı sionist mühacirlər tərəfindən Məscidül-Əqsaya qarşı vəhşicəsinə hücum aparteid rejimi tərəfindən təşkil edilmiş təhlükəli hərəkətdir”.

Bəqayi sionistlərin Fələstin xalqına qarşı cinayətləri və hücumlarının davam etməsinin dəhşətli və gözlənilməz nəticələri barədə xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyətdən və İslam ölkələrindən bu rejimin cinayətlərinə dərhal, qəti və çəkindirici reaksiya verməyə çağırıb.

O qeyd edib ki, İran İslam Respublikası İlahi vədə möhkəm inamla, Fələstin xalqının işğal və aparteidə qarşı qanuni müqavimətini dəstəkləməkdə öz mənəvi, İslami və hüquqi məsuliyyətinə sadiq qalacaq.