Okt 22, 2024 13:18 Asia/Baku
  • İsrailin hər bir hücumu mütənasib cavabla üzləşəcək

Pezeşkiyan: İsrailin hər bir hücumu mütənasib cavabla üzləşəcək

İran prezidenti xəbərdarlıq edibdir ki, sionist rejimin hər bir hücumu mütənasib cavabla üzləşəcək.

Məsud Pezeşkiyan bu gün Həmas-ın Tehrandakı ofisində keçirilən şəhid Yəhya Əl-Sinvarın anım mərasiminin kənarında  belə deyib: Bizim yaşadığımız dünyada təəssüflər olsun ki, insan hüquqlarından və beynəlxalq qanunlardan dəm vuran hökumət və güclərin özləri bütün qanunlar və hüquqların pozucularıdırlar. Belə bir halda, onlar iddia edirlər ki, bu qanunlar və hüquqlara sadiq olmaq lazımdır. Onlar insanları öz evlərindən çıxarıb, didərgin salan bir dövləti himayə edir, didərgin düşən xalq ilə isə vuruşurlar.

Pezeşkiyan sonra belə qeyd edib: Bu, insanları öldürməklə bitə biləcək bir müharibə deyil. Bu, ədalətin bərqərarı və bütün insanların nəzərə alınması ilə qurtara biləcək bir müharibədir, lakin bu, zorakılıq və haqqı öldürməklə mümkün olmayacaqdır.