Okt 24, 2024 14:02 Asia/Baku
  • Pezeşkiyan: İran sionist rejimin istənilən səhvinə ağrılı cavab verəcək

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammiti çərçivəsində Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşüb.

Məsud Pezeşkiyan bu görüşdə bildirib ki, İran İslam Respublikası heç bir şəkildə müharibə və münaqişəyə can atmır, lakin sionist rejim səhvə yol verərsə, İran İslam Respublikası ona ağrılı cavab verəcək və onun alacağı zərər təsəvvürün fövqündədir.

Misir Prezidenti də bu görüşdə biz müsəlmanların güclərinin əsas amilinin bir-biri ilə vəhdətdə olduğunu bəyan edərək deyib: “Qəzzə və Livanda müharibənin dayandırılmasına kömək etmək və münaqişələrin regionun digər hissələrinə yayılmasının qarşısını almaq üçün birlikdə çalışmalıyıq”.

Əbdülfəttah əs-Sisi əlavə edib: “Münasibətlərimizin problemlə üzləşdiyi bütün illərdə bir dəfə də olsun İran İslam Respublikasına qarşı mövqe tutmamışam”.