Okt 24, 2024 14:40 Asia/Baku
  • Hökumət başçıları ikitərəfli münasibətlərin inkişafını dəstəkləyiblər

Rusiyanın Kazan şəhərində BRİKS sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan arasında görüş olub.

Bu məlumata əsasən, Paşinyan bu görüşdə İranla münasibətlərin dinamik xarakterindən məmnunluğunu ifadə edib və vurğulayıb ki, prezident Pezeşkiyan öz səlahiyyətlərinin icrasına başlayandan bəri bu dinamika nəinki qorunub saxlanılır, hətta inkişaf etdirilir.

Onun sözlərinə görə, İranla əlaqələrin daha da inkişaf etdirilməsi Ermənistan hökumətinin prioritetlərindən biridir.

İran prezidenti də Ermənistanla əməkdaşlığın davamlı inkişafı və genişlənməsini dəstəkləyərək qeyd edib ki, ölkəsinin prioriteti qonşu və dost ölkələrlə münasibətləri inkişaf etdirməsidir.

Görüşün davamında regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər sülhün və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atılmasına xüsusi əhəmiyyət verdiklərini bəyan ediblər.