Okt 25, 2024 15:05 Asia/Baku
  • BRİKS iclasları Amerikanın unilateralizmi ilə mübarizə üçün idi

İran prezidetni BRİKS və BRİKS + iclaslarında iştirakdan, həmçinin müxtəlif ölkələrin başçıları ilə görüşlərdən sonra Tehrana daxil olub və bu iclasların nailiyyətlərini bəyan edib.

Məsud Pezeşkiyan Rusiya səfərindən geri döndükdən sonra bu səfərin nəticələri və nailiyyətlərini belə şərh edib: Bu, bizim əsas üzv kimi iştirak etdiyimiz BRİKS qrupunun ilk iclası və bu səfərdə və bu iclasda iştirak gedişində baş verən yaxşı nailiyyət idi.

Ölkə prezidenti sonra təhlükəsizlik, iqtisadi və ictimai məsələlərin nəzərdən keçirilməsini BRİKS iclasının Rusiyada təşkil edilməsinin üç əsas missiyası və dayağı adlandırıb və belə qeyd edib: İqtisadi sahədə BRİKS Amerikanın unilateralizmi, dolların dünya iqtisadiyyatına hökmranlığı, həmçinin müxtəlif ölkələrə qarşı qəddarcasına və nalayiq sanksiyalarla mübarizə aparmağa çalışır.

Pezeşkiyan söyləyib: İclasdakı mühüm bəhslərdən biri bu idi ki, Amerikanın siyasətlərinin Beynəlxalq Valyuta Fonduna hökmranlığına əsasən, ayrıca bir fond yaradılsın və onun vasitəsilə ölkələr bir-birilərinə kömək edə və Amerikanın sanksiyalarını zərərsizləşdirə bilmiş olsunlar.

Pezeşkiyan həmçinin iclasın kənarında üzv ölkələrin, o sıradan Çinin, Rusiyanın və Cənubi Afrikanın  prezidentləri, habelə Hindistanın baş naziri ilə görüşlərinə işarə edib.

BRİKS iclasının yekun bəyanatında xüsusən İsrail rejiminin Qəzzədə və Livandakı cinayətlərinin pislənilməsi, həmçinin üzv ölkələrin təhlükəsizlik, ekspert, elm, mədəniyyət, iqtisadiyyat və pul əlaqələrinin genişləndirilməsinə təkid/ mühüm və diqqətəlayiq məsələlər idi- deyə İran prezidenti bildirib.

Pezeşkiyan qeyd edibdir ki: Bizim bu iclasda iştirakımız və dünyanın on ölkəsinin dövlət başçıları ilə görüşlərimiz on xarici səfərə bərabərlik edirdi.

İran prezidenti əlavə edib: Bu təşkilata üzv bəzi ölkələrin başçıları, o sıradan Misirin dövlət başçısı deyirdi ki, Avropa ölkələrinin səfirləri yanımıza gələrkən sizin barənizdə bizim gördüklərimizdən olduqca fərqli görüntü təqdim edirlər. Siz region ölkələrilə əlaqələrinizi artırmalısınız.

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin əmiri də İrana səfəri son dərəcə rəğbətlə qarşılayırdı. O, bu qənaətdə idi ki, bizim özümüz öz problemlərimizi həll etməli və başqalarının bizim məsələlərimizə qarışmalarına icazə verməməliyik.

Bu səfər təşkilata üzv ölkələrlə inteqrasiyamızı artıra bilməyimiz istiqamətində doğrudan da bizim üçün qızıl bir fürsət idi.