Okt 25, 2024 15:06 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei müqavimət cəbhəsinin gənclərrinə müraciət ediblər.

Müraciətdə Livan Hizbullahının icra şurasının sədri Seyid Haşim Səfiuddinin şəxsiyyətini yüksək qiymətləndirən İnqilab Rəhbəri vurğulayıblar: Bu gün də Hizbullah qədim zamanlardan bəri Livanı parçalamağı hədəfləyən sionist rejimin tamahkarlığı qarşısında ən möhkəm qalxan və Livanın ən güclü müdafiəçisidir.

 

İnqilab Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Müqavimət Cəbhəsinin əziz gəncləri

 

Fədakar və rəşadətli mücahid seyid, cənab Seyid Haşim Səfiəddin(rizvanullah ələyh), müqavimət şəhidlərinin sırasına qoşuldu və Qüdsi-Şərif yolundakı cihad səmasını digər bir parlaq ulduz bəzədi.

O, Hizbullahın ən görkəmli və böyük şəxsiyyətlərindən və cənab Seyid Həsən Nəsrullahın daimi köməkçisi və yoldaşı idi.

Hizbullah onun kimi rəhbərlərin tədbir və şücaətləri ilə yenə də Livanı parçalanma və dağılma təhlükəsindən toxunulmaz saxlaya və qəddar və zalım ordusu bəzən Beyrutu tapdaq altına alan qəsbkar rejimin təhdidini zərərsizləşdirə bildi.

Məhz onun və Nəsrullah mehvərinin digər komandir və mücahidlərinin şücaət və fədakarlıqları Sur və Litaninin cənubunun və digər şəhərlərin işğal edilmələri və qəsb edilmiş Fələsinə ilhaq olunmaları təhlükəsini Livanın başı üzərindən götürdü və həmin ölkənin ərazi bütövlüyünün qorunması yolunda Hizbullahın dəyərli abırı, malı və həyatını meydana gətirdi və təcavüzkar və cinayətkar sionist rejimi nakam qoydu.

Bu gün Nəsrullah və Səfiuddin kimi rəhbərlər zahirdə bu uğurda iştirak etməsələr də, onların ruhları və rəhbərlikləri meydanda iştirak və Livanı və onun müdafiəsiz xalqını müdafiə edirlər.

Bu gün də Hizbullah qədim zamanlardan bəri Livanı parçalamağı hədəfləyən sionist rejimin tamahkarlığı qarşısında ən möhkəm qalxan və Livanın ən güclü müdafiəçisidir.

Düşmən Hizbullahın Livan uğrundakı fədakarcasına rolunu inkar etməyə çalışır. Livanı istəyənlər bu haqsız sözün onların boğazlarından eşidilməsinə yol verməməlidirlər.

Hizbullah yaşayır və böyüyür və öz tarixi rolunu oynayır. İran İslam Respublikası da Allahın izni ilə Fələstini qəsb etmiş cinayətkar dəstənin işğalçılığı qarşısında müqavimət göstərənlərə və Qüds mücahidlərinə həmişə olduğu kimi kömək edəcək.

Mən əziz seyidimiz- cənab Səfiuddinin şəhadəti münasibətilə onun bütün müqavimət cəbhələrindəki silahdaşlarına, əziz ailəsi və qohumlarına başsağlığı verirəm.

 

و السلام علی عباد الله الصالحین

Seyid Əli Xamenei

3/8/1403