Səudiyyə Ərəbistanı İrana thücumu pisləyib
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İran İslam Respublikasının məruz qaldığı hərbi hücum, suverenliyin və beynəlxalq qanunların pozulmasıdır və Səudiyyə Ərəbistanı bunu pisləyir."
Səudiyyə Ərəbistanı həmçinin bütün tərəflərdən təmkinli olmağı, regionda gərginliyin azaldılmasını və münaqişələrin dayandırılmasını istəyib.Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin regionda davam edən hərbi münaqişələrin nəticələri barədə xəbərdarlıq edib və bütün tərəfləri maksimum təmkin nümayiş etdirərək, gərginliyi azaltmağa çağırıb.Bu ölkə regionda gərginliyi azaltmaq və münaqişələrə son qoymaq üçün beynəlxalq ictimaiyyətdən və nüfuzlu və fəal tərəflərdən öz rol və öhdəliklərini yerinə yetirmələrini tələb edib.