Okt 26, 2024 13:16 Asia/Baku
  • Tehran vilayətinin HHM qüvvələrinin ictimai əlaqələr bölməsi məlumat yayıb

Tehran vilayətinin Hava Hücumundan Müdafiə Qüvvələrinin ictimai əlaqələr bölməsinin məsul şəxsi bildiribdir ki, Tehran ətrafında eşidilən səs, Tehrandan kənarda yerləşən üç nöqtədə vilayətin Hava Hücumundan Müdafiə Qüvvələrinin reaksiyası ilə əlaqədar olub.

Onun sözlərinə görə, məsələnin miqyası araşdırılmaqdadır.

Virtual mühitdə yayılan bəzi görüntülərin doğruluğunun yoxlanılması, həmin görüntülərin köhnə olduğunu göstərir.

Tehranın qərbində bir neçə partlayış səsinin eşidilməsinə və bəzi şayiələrə rəğmən, Tehranda vəziyyət adidir.

Bu gün yerli vaxtla səhər saat iki on beş dəqiqə radələrində, xüsusən Tehranın qərbində partlayış səsinə bənzər bir neçə güclü səs eşidilib.

 

Teqlər