Okt 27, 2024 10:56 Asia/Baku
  • İran İslam Respublikasının Ordusu bəyanat yayıb

Şəhidlərimizin sayı 4-ə çatdı

İran ərazisinin müdafiəsi uğrunda şəhid olanların sayı 4 nəfərə çatıb.

İran İslam Respublikasının Ordusu bəyanat yayaraq bildirib ki, ölkə ərazilərinin müdafiəsi uğrunda şəhid olanların sayı 4 nəfərə çatıb.

Sionist rejimin şənbə günü 26 oktyabr səhər saatlarında təcavüzkar hücumları nəticəsində İslami İran səmasının təhlükəsizliyini müdafiə edərkən yaralanmış hərbçilər mayor Səccad Mənsuri və baş çavuş Məhdi Nəqəvi ötən axşam şəhid yoldaşlarına qoşulublar.

İran İslam Respublikası Ordusunun hərbçiləri mayor Həmzə Cahandidə və baş çavuş Məhəmməd Məhdi Şahruxifər də şənbə günü səhər saatlarında cinayətkar sionist rejimin raketləri ilə mübarizədə uca şəhidlik zirvəsinə ucalıblar.

 

Teqlər