Okt 27, 2024 11:13 Asia/Baku
  • İranın BMT-dəki nümayəndəliyi sionist rejimin hücumunun ardınca bildirdi:

İran İsrailə qanuni cavab vermək hüququnu özündə saxlayır

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin İrana hücumunun ardınca bildirib ki, ABŞ-ın bu cinayətdə şərikliyi qətidir.

Nümayəndəlik X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: “Sionist rejim qırıcıları İraqın hava məkanından və İranla sərhəddən təxminən 70 mil məsafədə İranın bir neçə hərbi və radar obyektinə hücum ediblər”.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi əlavə edib: “İraqın səması Amerika ordusunun işğalı, komandanlığı və nəzarəti altındadır. Nəticədə Amerikanın bu cinayətdə şərikliyi qətidir”.

İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda isə deyilir ki, Tehran İsrailin hücumundan sonra qanuni və legitim cavab vermək hüququnu özündə saxlayır.

Qeyd olunub ki, İran Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş prinsiplərə və beynəlxalq hüquqa uyğun olaraq, bu cinayətkar hücumlara lazımi vaxtda qanuni cavab vermək hüququnu özündə saxlayır.

Bəyanatda həmçinin bildirilib ki, Tehran İsrailin hərəkətləri ilə beynəlxalq hüququn əsas prinsiplərini və BMT Nizamnaməsini pozan məqsədyönlü təcavüz aktını qətiyyətlə pisləyir. Vurğulanıb ki, sionist rejimin hərəkətləri beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.

 

Teqlər