Okt 27, 2024 14:24 Asia/Baku
  • Ali Məqamlı Rəhbər: İran xalqının gücünü və iradəsini sionist rejimə başa salmaq lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər təhlükəsizlik şəhidlərinin ailələri ilə görüşdə buyurublar: "Sionist rejimin səhv hesablamaları pozulmalıdır və İran xalqının və gənclərinin gücünü, iradəsini və təşəbbüskarlığını onlara başa salmaq lazımdır.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər təhlükəsizlik şəhidlərinin ailələri ilə görüşdə İsrail rejiminin İrana qarşı son hücumuna toxunaraq, buyurublar: "Sionist rejimin iki gecə əvvəl burada etdiyi şər hərəkətlə bağlı bir mətləb söyləmək istəyirəm. Bu təcavüzü nə şişirtmək, nə də kiçik saymaq olmaz. Yaxşı onlar bir qələt elədilər. Əlbəttə özləri də bunu şişirdirlər. Onların şişirtməsi səhvdir. Amma diqqət edin onun kiçik sayılması da səhvdir. Bu ki, biz deyək, "bir şey deyildi və əhəmiyyəti yoxdur" bu da səhvdir". 

O, Həzrət vurğulayıblar ki, "Sionist rejimin səhv hesablamaları pozulmalıdır. Onlar İranla bağlı hesablama xətasına düçar olublar. Onlar İranı tanımırlar. İranın gənclərini tanımırlar, İran millətini tanımırlar. İran xalqının gücünü, qabiliyyətini, təşəbbüskarlığını və iradəsini hələ düzgün anlaya bilməyiblər, bunları biz onlara anlatmalıyıq".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə ediblər: "İran xalqının qüdrət və iradəsini sionist rejimə necə başa salmağı müəyyən etmək rəsmilərin vəzifəsidir. Rəsmilərimiz işin keyfiyyətini dərk etməli, bu ölkə və bu xalqın xeyrinə olanı düzgün başa düşməli və həyata keçirməlidirlər. Sionistlər İran millətinin kim olduğunu və İran gənclərinin necə olduğunu bilməlidirlər. Bu gün İran xalqında mövcud olan bu düşüncə, bu motivasiya, bu rəşadət və bu hazırlığın özü təhlükəsizlik yaradandır. Biz bunu qorumalıyıq".

Teqlər