Okt 27, 2024 10:23 Asia/Baku
  • Pezeşkiyan Ordunun 4 hərbi qulluqçusunun şəhadəti ilə əlaqədar başsağlığı verdi

“İran övladları vətənin müdafiəsi uğrunda canlarını fəda etdilər”

İran İslam Respublikasının prezidenti ölkənin igid hərbçilərindən bir neçəsinin şəhid olması ilə bağlı başsağlığı verib, İran övladlarının vətənin müdafiəsi uğrunda canlarını fəda etdiyini bildirib.

İRNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikası Ordusunun 4 əsgərinin sionist rejimin təcavüzü nəticəsində şəhadətə çatmasının, həmçinin ölkənin şərqində polis məntəqəsinə basqın nəticəsində 10 polis zabiti və çağırışçısının şəhid olmasının ardınca, prezident Məsud Pezeşkiyan başsağlığı mesajında yazıb: “İranın övladları vətənin müdafiəsi uğrunda canlarını fəda etdilər, igid vətən fədailərinin şəhadəti münasibətilə Orduya, Nizam-İntizam Qüvvələrinə, şəhid ailələrinə və qəhrəman xalqımıza başsağlığı verirəm”.

Prezident əlavə edib: “İranın düşmənləri bilməlidirlər ki, bu şücaətli insanlar qorxmadan öz torpaqlarının müdafiəsində dayanırlar və istənilən axmaqlığa nəzakət və zəka ilə cavab verəcəklər”.

 

Teqlər