Okt 27, 2024 13:22 Asia/Baku
  • Əraqçi: İsrailin İrana qarşı cinayətkar hücumu beynəlxalq qanunların pozulmasıdır

İran xarici işlər naziri Seyid Abbas Əraqçi İsrail rejiminin İranın hərbi mərkəzlərinə cinayətkar hücumunu beynəlxalq qanunların və BMT Nizamnaməsinin pozulması kimi kəskin şəkildə pisləyirik.

Seyid Abbas Əraqçi şənbə günü X platformasındakı səhifəsində etdiyi paylaşımda yazıb: "Ordumuzun 4 qəhrəmanı bu namərdcəsinə və qorxaq hücumu dəf etmək üçün canlarını fəda etdilər".

"Biz İsrailin Qəzzədə törətdiyi soyqırımdan və Livanda qan tökülməsindən ayrıla bilməyən bu təcavüzə layiqli cavab vermək hüququnu tam olaraq, özümüzdə saxlayırıq. Dünya beynəlxalq sülh və təhlükəsizliyə bu ümumi təhlükəyə qarşı birləşməlidir", - deyə Əraqçi əlavə edib. 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai də X platformasında yazıb: "Sionist rejimin İrana qarşı təcavüzkar hərəkəti  beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və İran İslam Respublikasına qanuni müdafiəyə müraciət etmək hüququ verir.

Teqlər